Türkiyə kanadalı ermənipərəst jurnalisti ölkəyə buraxmadı

DÜNYA 25 noyabr 2024, 08:16
Kanadalı jurnalist Nil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.

Demokrat.az  "Caliber"ə istinadən xəbər verir ki, o, İrəvandan İstanbul "Sabiha Gökçen" Hava Limanına turizm məqsədilə gedib, lakin pasport nəzarətində saxlanılıb və ona "qara siyahı"da olduğunu bildiriblər. 16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib.

Hauer təəccübləndiyini bildirib, çünki onun sözlərinə görə, daha əvvəl bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında Türkiyəyə səfər edib və belə bir problem yaranmayıb.

Qeyd edək ki, Nil Hauer İkinci Qarabağ müharibəsi ilə bağlı birtərəfli nəşrləri ilə tanınır. Onun materialları, bir qayda olaraq, Ermənistan tərəfinin işğalçılıq siyasətinə məhəl qoymayaraq, Azərbaycana qarşı ittihamlara həsr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top