Paytaxtın bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb. Yəni artıq həmin küçələrdə sözügedən zolaqlara digər nəqliyyat vasitələri rahatlıqla daxil ola bilirlər. Bu məqsədlə COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb və zolaqlar silinib.
AYNA-nın sözçüsü Tural Orucov bildirib ki, proses noyabr ayının 25-ə qədər davam edəcək.
Tural Orucov zolaqların hələ silinmədiyi yollarda sürücülərə cərimə yazılıb-yazılmayacağı məsələsinə də aydınlıq gətirib. Bildirib ki, sürücülər diqqətli olmalı və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamalıdırlar. Başqa sözlə, əgər zolaqlar silinməyibsə və nişanlar varsa, həmin ərazidə sürücülərə cərimə yazıla bilər.
Demokrat.az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.