Zelenski generallara müraciət etdi

DÜNYA 23 noyabr 2024, 23:30

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun bütün generallarını səngərdə olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “İnsider UA” teleqram kanalında yazır.

“Generallar səngərdə olmalıdırlar. Təcrübəsinə baxmayaraq, səngərdə olmayan general mənim üçün general deyil”, - deyə Ukrayna lideri vurğulayıb.

Zelenski bunu hərbi rəhbərlərin tabeliyində olanlarla birbaşa təmasda olmasının zəruriliyi ilə izah edib. Eyni zamanda, onun sözlərinə görə, hazırda cəbhədə çox çətin vəziyyət yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top