70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

KRİMİNAL 23 noyabr 2024, 16:53
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində 70 kq qızıl tapılıb. Özünü diplomat kimi təqdim edən azərbaycanlı (M.G.Ş inisiallı) qızılların ona məxsus olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top