“Qlobal konteksdə dünya ekologiyasının məhv edilməsinin əsas səbəbkarı böyük dövlətlərdir. Statistikda təkcə ABŞ-ın payı 40%-ə çatır. Bununla bağlı protokollar var. Konvensiyaları qəbul etmirlər. Etsələr belə, böyük dövlətlər öz sənayelərini azaltmaq istəmirlər. Onlar iqtisadi zərəri göz önünə alaraq konvensiyaları qəbul etmirlər. Nəticədə qlobal ekoloji problemlər baş verir. Bizim kimi kiçik ölkələr qlobal ekologiyaya zərbə vurmur. Bizim əhali olaraq yaratdığımız daxili ekoloji problemlər var. Bunun payı qlobal ekologiyanı çirklənməsində azdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib:
“Ölkəmiz 70-80% zərbəni xarici faktorlardan alır. Yağıntılar, quraqlı daxili yox, qlobal ekologiya ilə bağlıdır. Xəzər dənizinin çirklənməsinin 70% səbəbkarı Rusiyadır. Çünki ətrafdakılar sənaye şəhərləridir və nəticədə Xəzəri çirkləndirir. Kür və Araz çayının çirklənməsində də bizim payımız azdır. Çayları daha çox Ermənistan və Gürcüstan çirkləndirir”.
Ekspert bildirib ki, bizim üçün əsas qlobal problemlərdən biri su ehtiyatımızı artırmaqdır:
“Meşə ehtiyatını da artırmaq, əhalinin ekoloji maarifləndirilməsi lazımdır. Plastik torbalarla bağlı təşəbbüslər oldu,amma alternativlər olmadı. Kağız torbalar və.s olmalıdır. Plastik qablar yerinə şüşə qablar keçməlidir. Alternativlər tapılmalı sonra bəzi şeylər qadağan olunmalıdır. Okeanda elə bir canlı yoxdur ki, bədənində plastik olmasın. Bizim artıq beynimizdə 2 % plastik tapılır. Bu faciədir. Paket istifadəsini azaltmalıyıq. Plastik torbalar tamamilə yığışdırılmalıdır”.
Əfsanə Kamal
Demokrat.az