Mövlud Çavuşoğlu Azərbaycana niyə gəlir?

SİYASƏT 23 noyabr 2024, 11:13
Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.

Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.

"Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri  iştirak edəcək.  Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki  5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə  deportasiya edildiyimiz tarixdir", - Əziz Ələkbərli  bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 21:29
Top