“İğtişaş olsa, interneti kəsəcəyəm” — Lukaşenko

DÜNYA 23 noyabr 2024, 08:42
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2025-ci ildə keçiriləcək prezident seçkilərindən sonra 2020-ci ildə baş verənlərə bənzər kütləvi etirazlar yenidən başlasa, ölkədə internetə çıxış tamamilə bağlanacaq.

Demokrat.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“İğtişaşlar yenidən baş verərsə, biz interneti tamamilə kəsəcəyik. Açığı, deyim ki, bu, həmişə, xüsusən də ilkin mərhələlərdə mənim icazəmlə olub”, - Lukaşenko deyib.

Qeyd edək ki, Belarusda seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top