Bütün dünyada ingilisdilli ölkələr və ingilis dilini öyrənən insanlar tərəfindən geniş istifadə edilən Kembric lüğəti (Cambridge Dictionary) ilin sözünü açıqlayıb.
Demokrat.az NTV Türkiye-yə istinadən xəbər verir ki, lüğət 2024-cü ilin sözü kimi nəyinsə mövcud olmasını istəmək mənasını verən “manifest” sözünü seçib.
Söz sifət kimi “aydın” və ya “aşkar” mənasını verdiyi halda, feil kimi mənası müsbət təfəkkürün gücünə əsaslanaraq xəyalların gerçəkliyə çevrilməsi deməkdir.
"Manifest" sözü 2024-cü ilə qədər böyük populyarlıq qazanıb və lüğətin saytında 130 min dəfə axtarış edilib.
Fransız mənşəli söz 14-cü əsrdə "görkəmli" mənasında istifadə edilib. Şekspir bu sözü “aydın” və “aydın etmək” mənalarında da istifadə edib. Sözün indiki mənası arzu və arzuların söz vasitəsilə reallığa çevrilməsi ilə bağlıdır və son illərdə xüsusilə spiritizmlə əlaqələndirilir.
Törə Zeynallı
Demokrat.az