Türkiyə parlamentində nazirə hücum edildi — VİDEO

DÜNYA 20 noyabr 2024, 20:31
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin daxili işlər naziri Ali Yerlikayaya hücum edilib.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri onun zala daxil olmasına mane olmağa çalışıblar. Nazirə qarşı hücumlar zalda da davam edib. Mühafizəçilər onu izdihamın içərisindən çıxarıblar.

Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

Hadisəyə münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bunu qəbuledilməz adlandırıb.

O, özünün “X” hesabında yazıb ki, kimsə nazirləri və millət vəkillərini susdura bilməz:

“Barbarlıqla siyasi mübarizə məsələsində təcrübəliyik. Bu mübarizəni konkret formada davam etdirəcəyik. Barbarlıq layiqli siyasi və hüquqi cavabını alacaq. CHP bu hücumla bağlı lazımi tədbirlər görməlidir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 00:12
Top