ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.
Demokrat.az xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib.
Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.
Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi.