Nazir Naxçıvanda Dövlət Proqramının icrasını tənqid etdi

SİYASƏT 19 noyabr 2024, 16:34
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə vəsait ayrılıb. Bu pulun istifadəsi arzuolunmaz səviyyədədir.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn il üçün Proqramın icrasına 150 milyon manat məbləğində icrasına vəsait ayrılması nəzərdə tutulur: "Su elektrik tikilməsi üçün müvafiq layihə hazırlanmadan bunu edə bilmərik. Bu məsələlər artıq gələn ildən öz məcrasına ildən qoyulacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top