Fransanın təlim keçdiyi və təchiz etdiyi Ukrayna əsgərlərindən ibarət “Anna Kiyev” briqadası tezliklə döyüş əməliyyatlarında iştirak etmək üçün vətənə qayıdacaq. Demokrat.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Barrot qeyd edib ki, briqadaya Fransada təlim keçmiş 2300 nəfər daxildir.
"Bir neçə gündən sonra onlar cəbhədə yerləşdirilmək üçün Ukraynaya qayıdacaqlar", -deyə o, Aİ Xarici İşlər Nazirləri şurasında deyib.
Noyabrın 14-də Fransa Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumdur ki, briqadaya üç piyada batalyonu, mühəndis-artilleriya korpusu, yerüstü müşahidə və kəşfiyyat bölmələri daxildir.
Briqada Kiyevin Böyük Dükü Yaroslav Müdrikin qızı Fransa Kraliçası Anna Yaroslavnanın şərəfinə adlandırılıb.
Əfsanə Kamal
Demokrat.az