Trampın gəlişi İsrail-Fələstin münaqişəsinə mənfi təsir edəcək — AÇIQLAMA

GÜNDƏM 18 noyabr 2024, 13:35
“Donald Trampın ABŞ prezidenti seçilməsi İsrailin hərbi cəhətdən güclənməsinə, onun Yaxın Şərqdə geosiyasi mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Trampla Netanyahu arasında isti münasibətlər var. Tərəflər bu dövrdə üç dəfə telefon əlaqəsi saxlayıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert tərəflərin İrana qarşı koalisiya formalaşdıracağı ehtimalını da istisna etmir:

“Bayden administrasiyası tərəfindən İsrailə silah sektorunda qoyulmuş müəyyən məhdudiyyətlər aradan qaldırılacaq və İsrail daha çox silahla təmin ediləcək. HƏMAS və Hizbullaha qarşı müharibə davam edəcək. Trampın siyasəti İsrail-Fələstin münaqişəsinə mənfi təsir edəcək. Atəşkəs və sülh danışıqları təhdid altında düşəcək. Trampın dövründə Qüds İsrailin paytaxtı kimi tanındı, Tramp bu istiqamətdə İsrail hökumətinə böyük dəstək verdi”. 

Politoloq Trampın Ağ Evə gəlməsinin İsrailin maraqlarına cavab verdiyini bildirib: 

“Bu, Benyamin Netanyahunun Qəzzada və Livanda Hizbullaha qarşı apardığı əməliyyatları daha da sürətləndirəcək. Daxildə Netanyahuya qarşı müxalif çıxışlar neytrallaşacaq. Çünki ona qarşı korrupsiya ittihamları var, müəyyən cinayət prosesləri də həyata keçirilə bilər. Netanyahu bir növ özünü daxili təzyiqlərdən qoruya biləcək Trampın prezident seçilməsilə”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top