COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “Abşeron göllərinin bərpası: İqlim dayanıqlığına və davamlı su idarəçiliyinə aparan yol” mövzusunda müzakirələr təşkil olunub.
Tədbirdə Asiya İnkişaf Bankının ölkə ofisinin direktoru, ekologiya və təbii sərvətlər nazirinin müavini, Dünya Bankı və "Witteveen+Bos" şirkətinin təmsilçiləri, “Təmiz Şəhər” ASC və aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Məqsəd Abşeron göllərinin bərpası üzrə milli səylərin beynəlxalq dəstəyini gücləndirmək və layihələrin qlobal ekoloji məqsədlərə töhfəsini daha geniş şəkildə tanıtmaqdır.
Toplantıda Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə görülmüş işlər və gələcək planlar təqdim edilib, göllərin reabilitasiyasının "Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olunması sahəsində əhəmiyyəti vurğulanıb.
Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsi və Zığ gölünün bərpası layihəsi çərçivəsində planlanan işlər barədə məlumat verilib, göllərin şəhər həyatında oynadığı vacib rol qeyd olunub.
Bakı şəhərinin 2040-cı ilə qədər Baş Planına uyğun olaraq hazırlanan Abşeron göllərinin bərpası layihələri ekspertlər tərəfindən
şəhərin davamlı inkişafının və ekoloji mühitinin təkmilləşdirilməsinin mühüm tərkib hissəsi kimi qiymətləndirilib.
Göllərin bərpası, geniş yaşıllıq ərazilərinin yaradılması və su ehtiyatlarının effektiv idarə edilməsi layihələri Bakı şəhərinin iqlim dayanıqlığını artırmaq və ətraf mühitin qorunmasını təmin etmək üçün əsas prioritetlərdən biri olaraq mühüm addım kimi dəyərləndirilib.