Polşanın baş naziri: “Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq”

DÜNYA 17 noyabr 2024, 19:51
Polşanın baş naziri Donald Tusk hesab edir ki, qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq.

APA xəbər verir ki, bu barə o, “X”-də yazıb.

"Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq" deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə “telefon diplomatiyası” qurmağa cəhd etdiklərinə görə tənqid edib. “Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz" fikrini ifadə etdi.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə söhbət baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 noyabr 2024, 23:30
17 noyabr 2024, 20:45
Top