Yaponiya sahillərində güclü zəlzələ baş verib

HADİSƏ 17 noyabr 2024, 19:16
Yaponiyanın Kaqosima prefekturasına aid olan Amami adaları yaxınlığında 6.0 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 6.2 bal olub. Sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 noyabr 2024, 23:30
17 noyabr 2024, 20:45
Top