Ukraynaya dəstək bəyanatı qəbul etdilər

DÜNYA 17 noyabr 2024, 09:11
G7 dövlətlərinin liderləri Ukraynada hərbi əməliyyatların mininci günü ərəfəsində Kiyevə dəstək bəyanatı qəbul ediblər.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə Assosiasiya ölkələrinin liderləri Kiyevin suverenlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəklədiklərini bildiriblər.

“Rusiya ədalətli və davamlı sülh yolunda yeganə maneə olaraq qalır. G7 sanksiyalar, ixraca nəzarət və digər məhdudiyyətlər vasitəsilə Rusiyaya qarşı sərt davranmaq öhdəliyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Beynəlxalq G7 klubuna ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top