Albaniya Parlamentinin sədri Elisa Spiropali COP29-da iştirak etmək üçün noyabrın 15-də Azərbaycana səfərə gəlib.
Demokrat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.