COP29-a görə 10 minə yaxın QHT nümayəndəsi ölkəmizə gələcək

COP29 14 noyabr 2024, 14:16
COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir. Bunu nəzərə alaraq Milli QHT Forumu COP29-un keçirildiyi günlərdə qeyri-hökumət təşkilatları və xarici partnyorlarla birlikdə 50-yə yaxın tədbir icra edəcək.

Demokrat.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin artıq dördüncü günü olduğunu diqqətə çatdıran Aygün Əliyeva əlavə edib ki, bu proseslərdə QHT-lər dövlətlərdən sonra iştirakçılığı təmin edən ikinci ən böyük təsisatlardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top