COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonu açıldı

İNFRASTRUKTUR 13 noyabr 2024, 11:06
Bu gün Bakıda Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub.

Demokrat.az xəbər verir ki, mərasim noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutub.

Açılış lentini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum kəsiblər.

"COP29-da Türkiyəni çoxsaylı iştirakçı ilə təmsil edirik. Bütün manelərə baxmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə keçirir. Buna görə ölkənizə təşəkkür edirəm" - deyə M.Kurum qeyd edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top