COP29-un təşkilatçılığı hamımızı heyran etdi — Duda

COP29 12 noyabr 2024, 17:21
Bakıda COP29-un təşkilatçılığı hamımızı heyran etdi.

Demokrat.az xəbər verir ki, bu barədə COP29-un keçirildiyi məkanda jurnalistlərə açıqlamasına Polşa Prezidenti Andjey Duda deyib.

"Mən çox şadam ki, Bakıda keçirilən bu iqlim sammitinin açılışında iştirak etmişəm. Konfransın təşkilatçılığı hamımızı heyran etdi. Burada ev sahiblərini, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirik. İqlim sammitinin təşkilində təcrübəmiz var və tam məsuliyyətlə deyə bilərəm ki, bu sammit yaxşı təşkil olunub," - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 00:09
Top