Şəmkir rayonunda 1995-ci il təvəllüdlü Nəcəf şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məlahətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 23 sentyabr 2024-cü ildə baş verib. Nəcəf həmin gün saat 21 radələrində şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı əlindəki bıçaqla arvadı Məlahətin sol yan nahiyəsindən, sonradan yerə yıxılarkən baş nahiyəsinin sol hissəsindən vurub.
Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət qeyri-rəsmi olaraq onun arvadıdır və onunla birlikdə yaşayır: “Özüm rəsmi olaraq heç bir yerdə işləmirəm və taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırıram. Məlahət ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evləndim, iki övladım olub. Aramızda heç bir ədavətim, düşmənçiliyim olmayıb, münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Bizim aramızda olan dava-dalaşın əsas səbəbi arvadım Məlahətin səhər saatlarında işə gedib, axşam saatlarında işdən gəldiyindən evin səliqə-səhmanı ilə düzgün məşğul olmayıb. Buna görə də aramızda mübahisə baş verib. Bizim yaşadığımız evdə paltar ütüsü düzgün işləmədiyindən və alt hissəsinə paltar yapışdığından paltar ütüləyən zaman həmin paltara iz salır. Ona görə də qızım məktəbə gedərkən paltarını ütüləyəndə paltara iz düşdü. Bu səbəbdən də bacım Gülnar həmin izi görüb arvadım Məlahətə zəng etdi. Məlahət əsəbləşərək mənə zəng etdi. Aramızda söhbət zamanı mübahisə yarandı. Mübahisə zamanı Məlahət uşaqdan imtina edəcəyini, mənimlə boşanmağını və anasının yaşadığı evə gedəcəyi barədə bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Məlahətin sözlərindən əsəbləşib və idarə etdiyi “VAZ-2107” markalı avtomobillə onun işlədiyi Şəmkir şəhərində yerləşən marketin qarşısına gəlib: “Həmin vaxt Məlahət ilə söhbət edərək onun evə gəlməsini, mübahisənin olmamasını ona izah etdim. Lakin arvadım etiraz edərək anasının yaşadığı evə gedəcəyini bildirdi və mənim valideynlərimə qarşı nalayiq ifadələr işlətdi”.
Nəcəfin ifadəsinə görə, sentyabrın 23-də, saat təxminən 21 radələrində Məlahət işdən çıxıb və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsi ilə piyada yol ilə gedərkən o, idarə etdiyi avomobili saxlayaraq avtomobildən düşüb: “Məlahətə yaxınlaşdım ki, öz aramızda olan narazılıq barədə söhbət edərək yaşadığımız evə gedək. Lakin Məlahət narazılıq etdi. Məlahətin yaşadığımız evə getmədiyi, uşaqdan imtina etdiyi üçün əsəbləşdim. Həmin vaxt idarə etdiyim avtomobildə saxladığım meyvə və kəndir kəsmək üçün götürdüyüm bıçaqla arvadımın sol nahiyəsindən bir zərbə vurdum. Bu zaman Məlahət yerə yıxıldı. Həmin vaxt Məlahətə tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmaq istədim. Lakin ətrafa kənar şəxslər toplaşdığı üçün mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, Şəmkir Rayon Polis Şöbəsinə yaxınlaşaraq özümü könüllü təqdim etdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, Nəcəf onun əridir, rəsmi olaraq heç bir yerdə işləmir: “Özüm Şəmkir şəhərində yerləşən mağazada satıcı kimi işləyirəm. Nəcəf ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evləmişik, iki övladımız olub. Aramızda heç bir ədavətim, düşmənçiliyim olmayıb, münasibətlərimiz normal olub.
Münasibətlərimiz sonradan pisləşməyə başladı. Aramızda olan dava-dalaşın əsas səbəbi evdə 12 yaşlı qızımın məktəb paltarının ütülənməsi səbəbindən baş verdi. Mən hər gün səhər saat 9 radələrində işə gedirəm, axşam saat 21 radələrində işdən çıxaraq evə gəlirəm. Qızımın məktəbli paltarlarının ütülənmsi üçün vaxtım olmadığından paltarı özü ütüləyərkən yandırıb. Baldızım Gülnar bizim yaşadığımız evə gələrkən evin səliqəsiz olmasını, qızımın paltarını ütüləyərkən yandırması barədə mənə zəng edərək irad bildirdi. Mən də ütünün işləmədiyini ona bildirdim. Baldızımın mənə zəng edib irad tutması barədə ərim Nəcəfə zəng edərək dedim. Ona əsəbləşdim”.
Zərərçəkmiş qeyd edib ki, bundan əlavə Nəcəf işləmədiyi üçün və evə düzgün nəzarət etmədiyinə görə ondan boşanmağı barədə bildirib: “Nəcəf də mənə əsəbləşərək işlədiyim mağazanın qarşısına gəldi. Həmin vaxt Nəcəfə getməyini, hər ikimizin əsəbi olduğunu izah etdim. Lakin Nəcəf mənə boşanmamağımı bildirdi və mənim işdən çıxmağımı gözlədi. Axşam saat təxminən 21 radələrində işlədiyim Şəmkir şəhərində yerləşən marketdən çıxdım və yolu piyada gedərkən Nəcəf idarə etdiyi avtomobili qarşımda saxladı. Mənə avtomobilə əyləşərək söhbət etməyimizi təklif etdi. Mən də bildirdim ki, anamın yaşadığı evə gedirəm, ona qarşı çox əsəbiyəm. Bu zaman anamın yaşadığı evə idarə etdiyi avtomobillə aparmaq istəyərkən ona etirazımı bildirdim. Həmin vaxt piyada bir az getdim ki, ərim arxamca gələrək təkrar yenə məni evə aparmaq istədi. Mən də ona etiraz etdim. Nəcəf mənə yaxınlaşdı, birinci saçımdan tutdu və daha sonra bıçaqla birinci sol yan nahiyəmə bir zərbə vurdu. Sonra həmin bıçaqla ikinci dəfə başımın sol gicgah nahiyəmə xəsarət yetirdi. Bu zaman mən yerə yıxıldım. Daha sonra Nəcəf çıxaraq getdi. Sonradan tibbi yardım göstərilməsi üçün Pəri adlı şəxs məni Şəmkir Rayon Mərkəzi Xəstəxanasına apardı. Həmin vaxt dərhal polis əməkdaşları gəldilər. Nəcəfin məni döydüyü üçün Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbsə alınıb.
Fariz Məlikli
Demokrat.az