İtalyan jurnalist Putindən nəyi xahiş edib?

DÜNYA 10 noyabr 2024, 20:29
İtalyan jurnalist Andrea Luçidi siyasi təqiblərə məruz qaldığını əsas gətirərək Rusiya prezidenti Vladimir Putindən ölkə vətəndaşlığını istəyib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jurnalistin sözlərinə görə, vətənində onu Ukraynadakı hərbi əməliyyatları işıqlandırdığı üçün "Kremlin agenti" adlandırırlar.

"Mən prezidentə Rusiya vətəndaşlığı üçün müraciətimi sayt vasitəsilə göndərdim. Niyə Rusiya vətəndaşlığı almaq istəyirəm? Çünki Rusiya mənim ikinci evimdir və mən burada yaşamaq istəyirəm",-deyə italyan jurnalist əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top