Talibanın nümayəndə heyəti də Bakıya gəlir

COP29 10 noyabr 2024, 12:24
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıya gələcək.

Demokrat.az xəbər verir ki, bu barədə  Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə verdiyi açıqlamada bildirib.
 
Onun sözlərinə görə, Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak edəcək.

Qeyd edək ki, konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top