Cüdoçumuz Avropa çempionu oldu

İDMAN 10 noyabr 2024, 09:40
Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Demokrat.az xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.

Millimiz bu gün 1 medal qazanıb.
 
55 kq çəki dərəcəsində Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.

Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top