Azərbaycan UEFA reytinqində irəliləyib

İDMAN 08 noyabr 2024, 14:56
Avropa Liqasında dünən baş tutan oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan UEFA reytinqində irəliləyib.

Liqa mərhələsinin IV turunda Norveçdə "Budo Qlimt" üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ölkənin əmsalını artırıb. Bu qalibiyyət sayəsində Azərbaycanın əmsalı 19,625-ə çatıb və ölkəmiz UEFA reytinqində 1 pillə irəliləyərək 27-ci yerə yüksəlib. 26-cı pillədə qərarlaşan Rumıniyanın əmsalı 20.125-ə bərabərdi.

Qeyd edək ki, reytinq siyahısında 55 ölkə yer alıb. Siyahıda İngiltərə (95.160) liderlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top