TƏBİB körpə ölümünə aydınlıq gətirdi — YENİLƏNDİ

HADİSƏ 07 noyabr 2024, 14:47
26.10.2024-cü il tarixində Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü şəxs "37-38 həftəlik hamiləlik, yalançı doğuș sancıları" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Qeyd edilib ki, 04.11.2024-cü il tarixində saat 12:50-də pasiyentə "38-39 həftəlik hamiləlik, baş gəliși, fəsadlașmıș analıq anamnezi, yaşlı ilk doğan qadın, döl bașının yüksəkdə duruşu" diaqnozu ilə cərrahi doğuş icra edilib.

"Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, cinsi "oğlan" olan yenidoğulmuș doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləșib, müayinələr olunub, yenidoğulmuşda "yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru" aşkar edilib. Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib. Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Șəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoșulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, 07.11.2024-cü il tarixində saat 00:30 radələrində yenidoğulmușda ölüm faktı qeydə alınıb", - TƏBİB-dən bildirilib.

***

Zaqatalada yeni doğulan körpə ölüb.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə APA bildirib. Məlumata görə, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib. Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikici hadisədi. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Zaqatalada daha bir yeni doğulan körpə həyatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 dekabr 2024, 00:01
23 dekabr 2024, 23:59
Top