Metroda daha bir yenilik edildi

SOSİAL 07 noyabr 2024, 13:55
Bakının 57 yaşlı metro sistemi yeni və unikal yeniliklərlə təchiz olunub.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, metroda maşinistlər üçün rəqəmsal texnologiyalar tətbiq edilib.

Yeniliklərə əsasən, maşinist idarə etdiyi qatardakı nasazlığı monitorlar vasitəsilə daha operativ şəkildə bildirəcək. O, qatarın nasazlığını qeydiyyata alır və bu məlumat təmir personalına ötürülür. Təmir personalı, qatarlarla bağlı işləri sistem üzərindən idarə edir. Depoda qatarlar həm təmir edilir, həm də modernləşdirilir.

Qeyd edək ki, ildə 20-25 vaqonun təmir edilməsi mümkündür. Keyfiyyətli təmir isə nəqliyyatın və sərnişinlərin təhlükəsiz daşınmasını təmin edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top