Bu ölkə "Meta"nı təxminən 16 milyon dollar cərimələyib

DÜNYA 05 noyabr 2024, 20:30
Cənubi Koreya "Facebook" və "Instagram"ın sahibi "Meta"nı qanunsuz olaraq istifadəçi məlumatlarını toplayıb reklam şirkətləri ilə paylaşdığına görə təxminən 16 milyon dollar cərimələyib. 

Demokrat.az xəbər verir ki, Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası "Meta"nın fəaliyyəti ilə bağlı dörd illik araşdırma aparıb. 

Komissiya "Meta"nın 2018-ci ilin iyulundan 2022-ci ilin martına qədər təxminən 980 min Facebook istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən dini və siyasi baxışlarını qeyri-qanuni topladığını müəyyən edib. "Meta"nın istifadəçilərinin izlədiyi səhifələri təhlil edərək topladığı məlumatları təxminən 4 min reklam şirkəti ilə paylaşdığı bildirilib. Araşdırmalardan sonra Komissiya "Meta"nı təxminən 16 milyon dollar cərimələyib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 dekabr 2024, 00:01
23 dekabr 2024, 23:59
Top