Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində YENİ TƏYİNAT

GÜNDƏM 05 noyabr 2024, 20:16
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.

O, indiyə qədər şirkətin baş mühəndisi olub.

Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb.

Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top