Bu travmalar doğuşdan sonra psixi pozğunluğu artırır

MARAQLI 04 noyabr 2024, 19:25
Kanadanın Toronto Universitetinin alimləri müəyyən ediblər ki, beyin sarsıntısı doğuşdan sonra ciddi psixi pozğunluqların yaranma şansını xeyli artırır. 

Demokrat.az
xəbər verir ki, bu barədə tədqiqat Journal of Clinical Psychiatry (JCP) elmi nəşrində dərc olunub.

Mütəxəssislər 2007-2017-ci illərdə Kanadanın Ontario əyalətində uşaq dünyaya gətirən 750 mindən çox qadının məlumatlarını tədqiq edərək, doğuşdan sonra 14 il ərzində qadınların psixi sağlamlıq göstəricilərini izləyiblər.

Məlum olub ki, beyin sarsıntısı olan anaların 11%-i uşaq doğulduqdan sonra yaranan ağır psixi xəstəlikdən əziyyət çəkirmiş. Beyin sarsıntısı olmayan qadınlar arasında 7%-də oxşar problemlər yaranıb.

Alimlər belə nəticəyə gəliblər ki, beyin sarsıntısı ciddi psixi pozğunluqların riskini 25% artırır.

Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top