Bakının bir ərazisində işıq olmayacaq

GÜNDƏM 01 noyabr 2024, 20:25
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top