“Dünyanın ən dəqiq iqtisadçısı” ABŞ seçkilərinin nəticələrindən danışıb

DÜNYA 29 oktyabr 2024, 15:13
"Dünyanın ən dəqiq iqtisadçısı" ləqəbli Kristof Barrot ABŞ seçkilərinin nəticəsi üçün üç ehtimal haqqında danışıb. Onun fikrincə, Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlmə şansı ən yüksəkdir. 

Demokrat.az
xəbər verir ki, bu barədə Business Insider yazır.

O qeyd edib ki, birinci ssenari reallaşarsa, ABŞ Konqresindəki parçalanma səbəbindən Demokratların namizədi Kamala Harris qalib gələcək. İqtisadi cəbhədə ABŞ üçün çox az şey dəyişəcək.

İqtisadçı qeyd edib ki, ikinci ssenaridə keçmiş prezident Donald Tramp qalib gələcək. Amma bölünmüş Konqres onun korporasiyalarda və ev təsərrüfatlarında vergiləri azaltmaq imkanını məhdudlaşdıracaq.
Üçüncü ssenari Trampın Respublikaçıların dəstəyi ilə qələbəsidir ki, Barronun fikrincə, bu, ən çox ehtimal olunan nəticədir.

Bu ssenariyə görə, Barro respublikaçıların ABŞ Senatında çoxluğa sahib olacağını gözləyir.

Barronun sözlərinə görə, Tramp seçkiqabağı vədlərini həyata keçirmək imkanı əldə edəcək ki, bu da onu xarici siyasətdən daha çox daxili siyasətə diqqət yetirməyə vadar edə bilər.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 13:28
Top