Hər bir vətəndaş gündəlik alış-verişlə bağlı mağazalarda "POS-terminal işləmir" cavabı ilə qarşılaşıb. Belə olan halda vətəndaşdan məbləğ ya nağd şəkildə, ya da kartdan karta ödəniş yolu ilə tələb olunur. Bütün dünyanın nağdsız sistemə keçid etdiyi zamandan bu yana Azərbaycanda hələ də bu kimi problemlərlə qarşılaşmaq mümkün olur.
Problemin səbəbləri ilə bağlı iqtisadçı Toğrul Vəliyev Demokrat.az-a danışıb:
"Qanunvericiliyə görə bu problemlə bağlı müvafiq qurumlara, vergi xidmətinə şikayət ünvanlamaq olar. Vergi xidməti həmin müəssisəni cərimələyəcək. Obyektlərin bu üsula müraciət etməsinin bir neçə səbəbi var. POS- terminalın işləməməsi tez-tez müşahidə etdiyimiz hallardan biridir. Demək olmaz ki, onların hamısı kiçik və ya orta sahibkarlardır. Ancaq ortada vergidən yayınma halları olur.Kiçik və ya orta sahibkarlar öz ödənişlərini minimallaşdırmaq üçün çalışırlar ki, POS-terminalla olan ödənişlərin bir qədər qarşısını alsınlar.Onun üçün də vətəndaşdan ödənişi nağd halda tələb edirlər. Kiçik sahibkarlara isə bəzən şərtlər uyğun gəlmir. Onlar, faiz itirir. İtirilən faiz yalnız kartlar üzərindən olmur. Nağd halda edilən ödənişlərdə də olur. Çünki bir çox hallarda onlar sadələşdirilmiş vergi sistemi ilə işləyirlər. Çünki hər bir halda gəlir itkiləri çox olur. Ancaq elə iri obyektlər var ki, POS-terminal bir yana, satış çeki belə təqdim edilmir. Bunun tək səbəbi vergidən yayınmadır. Təəssüf ki, bu hala daha çox iri obyektlərdə rast gəlinir. Kiçik obyektlərdə isə şərtlərin uyğunsuzluğu nəzərə alınmalıdır ki, onlar öz istəkləri ilə POS-terminal quraşdırsın. Bu da vergi məcəlləsi və bankların yanaşmasında dəyişiklik tələb edir".
Mehriban Mirzəzadə
Demokrat.az