Azərbaycan nümayəndə heyəti Almaniyanın nüfuzlu televiziya kanalında — FOTOLAR

GÜNDƏM 26 oktyabr 2024, 20:15
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropada işgüzar səfərdədir.

Demokrat.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) İB-nin sədri, Qərbi Azərbaycan əsilli İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Əhməd Abbasbəyli, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli, “LAF TV”nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova və ictimai fəal, "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri, Qərbi Azərbaycanəsilli Ramil Əliyev, həmçinin, Belçikada fəaliyyət göstərən Belçika-Türk Media Birliyinin sədri Huseyin Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayhan Dəmirçi Almaniyanın Duisburg şəhərindən yayımlanan "Kanal Avrupa TV" nin rəhbəri,  Ali Paşa Akpaşı ziyarət edib, telekanalın fəaliyyəti ilə yaxından tanış olublar.

Həmçinin, nümayəndə heyəti "Kanal Avrupa TV" nin canlı efirinin qonağı olublar.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top