"Azərikard" kritik infrastruktur sənayesində yeni bir mühüm uğura imza atıb. 22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə şirkət fövqəladə hallar planlarının yoxlanılması məqsədilə texniki sınaqlar keçirib.
Bu sınaqlar xüsusilə ona görə diqqətəlayiqdir ki, "Azərikard" ölkənin ödəniş sənayesində fövqəladə hallar planlarını sistematik şəkildə yoxlayan nadir şirkətlərdən biridir. Tədbirin əsas məqsədi, "Azərikard"a məxsus olan iki müasir data mərkəzinin fövqəladə hallarda fasiləsiz işləmək qabiliyyətini sınaqdan keçirmək olub. Sınaqlar planlı şəkildə gecə saatlarında keçirilib və xidmətlərin təchizatında heç bir kəsinti olmadan uğurla tamamlanıb.
Bu cür sınaqlar, bank və maliyyə sektorunda risklərin azaldılması və sistemlərin etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. "Azərikard" peşəkarlığı və məsuliyyətli yanaşması ilə sektorda lider mövqeyini daha da gücləndirməkdədir. Gələcəkdə bu cür sınaqların mütəmadi olaraq keçirilməsi planlaşdırılır ki, bu da tərəfdaşların etimadını daha da möhkəmləndirəcək və xidmət keyfiyyətini yüksəldəcək.