Əhaliyə xəbərdarlıq edildi — Bu tarixlərdə...

HADİSƏ 20 oktyabr 2024, 16:13
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top