Azərbaycanda süni intellekt strategiyası hazırlanıb. Növbəti üç il ərzində bu istiqamətdə 50 faiz artım planlaşdırIır.
Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq. Yenilik ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Demokrat.az-a danışıb.
"Süni intellekt artıq elə bir sahədir ki, onun müdaxilə etmədiyi sahə qalmayacaq. Necə ki, kompüter hazırda həyatın bütün mərhələlərində, hissələrində müşahidə olunur, eynilə, süni intellekt də özünü göstərəcək. Həyatımızın hansı sahəsində bizə rahatlıq və ya çətinlik gətirməsi barəsində ətraflı bir şey demək çətindir. Hal hazırda görünən odur ki, ölkələr süni intellekt məsələsinə külli investisiyalar edir, universitetlərdə tədqiqat mərkəzləri qurulur. İnsanlar telefonlarında, kompüterlərində süni intellektdən istifadə edirlər. Ona görə də biz mütləq əvvəlcə süni intellekt üzrə mütəxəssislər yetişdirməliyik. Sonra labaratoriyalar qurmalıyıq və nəhayət tədris etməliyik".
"Digər sahələrdə də eyni təcrübə izlənməlidir"
"Biz əgər baza qurmadan tədris prosesinə başlasaq, bizim müəllimlərimiz başqa yerlərdən kopyalayıb, köçürməklə tədris materialı hazırlamağa çalışacaqlar. Bu isə müsbət nətivə verməyəcək. Xüsusilə buna diqqət yetirmək lazımdır ki, elmi baza qurulmalıdır. Digər sahələrdə də eyni təcrübə izlənməlidir. Əvvəlcə elmi, fiziki infrastruktur sonra fənnin tədrisi gəlməlidir".
Mehriban Mirzəzadə
Demokrat.az