"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, azad olunmuş ərazilərdə vətəndaşların məşğulluğunu təmin etmək və iş yerləri yaratmaq məqsədilə həyata keçirilən Qayıdış proqramı haqqında məlumat verib.
QHT.az-a özəl açıqlama verən R. Zeyni bildirib ki, bu proqram çərçivəsində aparılan anket sorğularına əsaslanaraq, vətəndaşların hansı işlərlə məşğul olacağı və onların Vətənə qayıtma niyyətləri müəyyən edilib. "Sorğular nəticəsində vətəndaşların iş sahələrinə dair tələbləri müəyyən edilib və buna uyğun olaraq infrastrukturun qurulmasına başlanılıb," – deyə Zeyni vurğulayıb.
O, həmçinin azad olunmuş ərazilərdə kiçik, orta və böyük müəssisələrin yaradılmasının planlaşdırıldığını qeyd edərək, bu addımın 30 ildən sonra Vətənə dönən yurddaşların daimi iş və gəlirli sahələrə sahib olmasına kömək edəcəyini bildirib: "QHT olaraq bu proqramla bağlı öz təkliflərimizi vermişik və bu təkliflər Böyük Qayıdışda əksini tapıb. Bu gün Qarabağın reallığında bu məsələlər həyata keçirilir. Bu gün Qarabağın reallığında bu məsələlərin həyata keçirilməsi prosesi gedir. Sabah isə, yəqin ki, soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli köçü təmin olunacaq".
R. Zeyni, köçdükdən sonra ortaya çıxa biləcək məsələlərin də diqqətlə qiymətləndiriləcəyini və Qayıdış proqramına məsul olanların uyğun qərarlar qəbul edəcəyini bildirib. O, QHT-nin bu istiqamətdə təkliflərini yeniləməyi planlaşdırdığını vurğulayıb.