Ermənistan prezidenti Vaaqn Xaçatryan erməni kanallarına müsahibəsində bildirib ki, ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq.
Politoloq Oqtay Qasımov Xaçatryanın açıqlamasını Demokrat.az-a şərh edib.
"Ermənistan prezidentinin səsləndirdiyi fikirlər reallığı əks etdirir. O qeyd edir ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması yalnız iki ölkə arasında davamlı sülh əldə olunduqdan sonra baş tuta bilər. Sülh müqaviləsi imzalanıb, diplomatik əlaqələr qurularsa, etimadlı mühit yaranarsa bu mümkündür. Həm qərbi azərbaycanlıların, həm də Qarabağ ermənilərinin qayıtması məsələsinə baxıla bilər".
O. Qasımov qeyd edib ki, Qarabağ erməniləri ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır.
"Azərbaycan onlara reinteqrasiya prosesi ilə bağlı planı təklif edib. Təkliflər öz qüvvəsində qalır. Planda qeyd olunur ki, Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən şəxslər Azərbaycan vətəndaşlığını ala bilərlər. İlk növbədə bu şəxslər Azərbaycana qarşı müharibə cinayətlərində iştirak etməmiş olmalıdırlar. Həmin şəxslər 1991-ci ilə qədər Qarabağda doğulub, böyüyən şəxslər olmalıdırlar.
Qarabağa və ətraf ərazilərə Ermənistan tərəfindən Livan və Suriyadan ermənilər gətirilmişdi. Keçənilki antiterror əməliyyatlarından sonra da Qarabağdan köçüb gedənlərin əsas hissəsini onlar təşkil edirdilər. Sülh müqaviləsi imzalandıqdan sonra bu şərtlər daxilində digər məsələləri danışmaq olar. Bunun ilkin təminatı da ondan ibarət olmalıdır ki, Ermənistan vaxtilə etnik təmizləməyə məruz qoyduğu 250.000-dən çox azərbaycanlının təhlükəsiz şəkildə geri qayıtmasına təminat versin".
Mehriban Mirzəzadə
Demokrat.az