"Hər il noyabrdan sonra qiymət artımı sürətlənir" — İqtisadçı

GÜNDƏM 10 oktyabr 2024, 18:39
"Hər il havalar təqribən soyumağa başladıqca ərzaq məhsullarının qiymətində dəyişiklik hiss olunmağa başlayır.Güman ki, noyabrın sonundan başlayaraq ərzaq və kənd təssərrüfatı məhsullarının qiymətində artım olacaq"

Demokrat.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli məlumat  verib.



"Ənənəvi olaraq Azərbaycanda noyabrdan başlayaraq kənd təssərrüfatı və ərzaq məhsullarının qiyməti bahalaşır. Bura həm mövsümü faktorlar, (yerli məhsulların mövsümlə əlaqədar bazardan yavaş-yavaş çəkilməsi) həm də yeni il bayramı öncə təlabatın artması təsir edir. Biz uzun illərdir monitorinq apararkən görürük ki, hər il noyabrdan sonra qiymət artımları daha da sürətlənir. Hazırda da çox güman ki, eyni mənzərə ilə qarşı-qarşıya qalacağıq. Artım tempi təqribən dekabrın 15-dən sonra daha da sürətlənəcək"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top