Sumqayıtda ər arvadını döydü

HADİSƏ 10 oktyabr 2024, 12:36
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Nihad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İnarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri 17-ci mikrorayonda baş verib. Nihad yaşadığı mənzildə aralarında yaranmış ailə məişət münaqişəsi zəminində arvadı İnarəni döyüb. 

Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü, saat 11 radələrındə arvadı İnarənin telefonuna gələn zənglə bağlı aralarında mübahisə yaranıb, bundan əsəbləşdiyi üçün onu vurub.  O, arvadı ilə barışdığını, əməlindən peşman olduğunu deyib. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nihadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 11:29
Top