Ölü tapılan 46 qadın kimdir? — İnterpol kömək istəyir

DÜNYA 09 oktyabr 2024, 20:08
Beynəlxalq polis agentliyi İnterpol Avropada illərdir üstü açılmamış cinayətlərdə meyitləri tapılan 46 qadının kimliyini müəyyən etmək üçün "Məni tanı" adlı yeni kampaniyaya başlayıb.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnterpol qadınların əksəriyyətinin "şübhəli və ya izah olunmayan şəraitdə öldürüldüyünü və ya öldüyünü" ifadə edib.

Qurumun baş katibi Yurgen Stok videoda "Bizim köməyinizə ehtiyacımız var. Gəlin birlikdə çalışaq və bu qadınların kim olduğunu öyrənək. Belə naməlum işlərin həllində ən kiçik məlumat belə həyati əhəmiyyət kəsb edir. Bir xatirə, bir ipucu, paylaşılan hekayə, ən xırda detallar həqiqəti üzə çıxarmağa kömək edə bilər" deyib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top