ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp avqust ayından bəri ilk dəfə seçki yarışında liderlik edib.
Demokrat.az "Bild"ə istinadən xəbər verir ki, bu, yeni sorğunun yox, istifadəçilərin namizədlərdən birinin qalibiyyətinə pul qoyduqları bukmeker kantorlarının nəticələri sübut edir.
Əsas təkan "Polymarket" platformasından gəlib. Bu həftənin əvvəlində Trampın burada qalib gəlmək şansı 53,3%, Harrisin qələbə şansl 46,1% təşkil edib.
Bir gün əvvəl, cəmi bir neçə saat ərzində Trampın reytinqi təxminən üç faiz bəndi artıb. Eyni zamanda, son günlər seçki yarışının gedişatını kökündən dəyişə biləcək heç bir nəzərə çarpan hadisə baş verməyib.
“Forbes”ə görə, Trampa bahislərdə kəskin sıçrayışın arxasında dünyanın ən zəngin adamı, ötən həftə sonu Butlerdə çıxışı zamanı respublikaçıya dəstək verən İlon Maskın açıqlamaları dayana bilər.
Bundan başqa, "Fredi9999" ləqəbi ilə istifadəçilərdən biri Trampa dörd milyon dollar dəyərində mərc edib. Digər platformalardan fərqli olaraq, "Polymarket"də mərc edə biləcəyiniz məbləğin yuxarı həddi yoxdur.
ABŞ-ın bütün ictimai rəy sorğularında isə Harris hələ də Trampı iki faiz qabaqlayır. Bu göstərici bir aydan artıqdır ki, demək olar ki, dəyişməz qalıb.
Jalə
Demokrat.az