Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər

DÜNYA 08 oktyabr 2024, 00:18

Ukraynanın Ali Radasına ölkəni tərk etmiş deputatların parlament komitələrindən xaric edilməsi haqqında qətnamə daxil olub.

“Report” xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bəyan edib.

“Radada fərari deputatların komitələrdən xaric edilməsi ilə bağlı yeni qərar qeydə alınıb ”,-deyə o qeyd edib.

Onun sözlərinə görə, söhbət Ukraynadan Böyük Britaniyaya gedən və parlamentin komitə iclasında uzaqdan iştirak edən deputat Artem Dmitrukdan gedir.

Jeleznyak əlavə edib ki, Andrey Odarçenkon da korrupsiya ilə mübarizə komitəsindən çıxarılması planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top