Deputatdan İranda futboldan uzaqlaşdırılmış azərbaycanlı ilə bağlı TƏKLİF (FOTO)

İDMAN 17 okt 2019, 19:36

“Traxtor”un oyunçusu Mehdi Bəbri “Barış Pınarı” hərəkatına dəstək məqsədilə “Instagram” səhifəsində türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılıb və bu paylaşımı silməyə məcbur edilib.


Oxu.Az xəbər verir ki, bu fikri millət vəkili Fazil Mustafa bildirib.


Bu ay 21 yaşını qeyd edəcək sağ cinah hücumçusu Türkiyə bayrağını paylaşdığı üçün İran Futbol Federasiyası tərəfindən müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. Fazil Mustafa həmin futbolçunu Türkiyə klublarına və “Qarabağ”a təklif edib:

“Bu, İranın daxili işi olduğuna görə həmin qərara şərh vermək istəməzdim. İndi buyursun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öndə gələn klublarına müraciət etsin ki, “Traxtor”un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər.

 

Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Mehdi Bəbri də sözbəsöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və türk üçün oynayacaq!!! Bunun türk əsgərinə və bütövlükdə türk millətinə gətirəcəyi mənəvi ruh yüksəkliyini izah etməyimizə gərək varmı? Yeri gəlmişkən, bunu “Qarabağ” da edə bilər. “Qarabağ”ın büdcəsi azdır deyə, bu işi ilk öncə Türkiyə klublarının boynuna qoymaq istədim...”

Qeyd edək ki, Türkiyə millisinin futbolçuları Albaniya və Fransaya vurduğu qollardan sonra əsgər salamı verib. Bu üzdən UEFA məsələyə müdaxilə edib. Cari mövsüm UEFA Çempionlar Liqasının finalının İstanbuldan alınacağı barədə artıq xəbərlər yayılmaqdadır.

Həmçinin, Almaniya millisinin türkəsilli futbolçuları – İlkay Gündoğanla Əmrə Can Türkiyə yığmasının futbolçularının hərəkətini dəstəklədiyi üçün federasiya tərəfindən qınanılıb. Bundan başqa, Almaniyanın “Sankt Pauli” klubunda çıxış edən türkiyəli Cenk Şahin “Barış Pınarı” hərəkatına dəstək şərhləri yazdığı üçün qovulub. Lakin 25 yaşlı futbolçunu Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu qəbul edərək dəstək olub.

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 dek 2020, 11:39
Top