19 yaşında şəhid olan Elmar Nəbiyevin anası: "Övladımın yaralanmasına sevinmişdim"(VİDEO)

GÜNDƏM 30 sentyabr 2024, 00:05
Baku TV Vətən müharibəsi şəhidi Elmar Nəbiyev haqqında reportaj hazırlayıb.

Oğlu ilə xatirələrindən danışan Çiçək Biləndərli E.Nəbiyevin şəhid olacağını əvvəlcədən hiss etdiyini deyib:

"Elmar avqustun 14-də qardaşımın oğluna şəkillərini yollayıb demişdi ki, Vətən uğrunda şəhid olsam, klip hazırlayarsan. Əkiz bacısı ilə həmişə dalaşırdı. Əsgər gedəndə bacısına

"Aysel, mənim üçün o qədər darıxacaqsan ki" deyirdi. Sanki şəhid olacağını hiss etmişdi".


O, oğlunun necə şəhid olmasından danışıb:

"Bizə dedilər ki, Elmar topuğundan yaralanıb. Sözün açığı, mən çox sevindim. Dedim, yaralanıb, müalicə alar, yəqin ki, o vaxta qədər müharibə də bitər. Elmar Füzulidə ən qızğın nöqtədə idi. On gün biz onu axtardıq, Azərbaycanın bütün rayonlarını gəzdik. Elmar əsgərlikdə sinəsinə tac döyməsi etdirmişdi. Elmarın nəşini biz həmin döymə ilə tapdıq. Mənim balam 10 gün morqda yatıb. Elmargil Füzulidə ən ağır döyüşlərdə iştirak edib, Alxanlı ilə Qaraxanbəyli arasında olan postu azad ediblər. Onu təxliyə edən oğlan bizə gəlmişdi. Soruşdum ki, Elmarın axırıncı sözü nə olub? Oğlan "Elmarın huşu özündə olmayıb. Biz onu torpağın altından qazıb çıxardıq" dedi.

Ç.Biləndərli oğlunu şəhid olandan sonra dəfələrlə yuxuda gördüyünü deyib: "Deyirdim, Elmara bir şey olsa, onsuz yaşaya bilmərəm. Amma indi dörd ildir ki, Elmarsız yaşayıram. Necə yaşadığımı bir Allah bilir. Şəhid olandan sonra dəfələrlə yuxuma gəlib. Hər dəfə yuxuma gələndə "Ana, mən sağam, ölməmişəm" deyir".

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top