Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb

HADİSƏ 29 sentyabr 2024, 21:42

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü E.Süleymanov, 1990-cı il təvəllüdlü R.Quliyev və 1979-cu il təvəllüdlü E.Quliyev xəsarət alıb və hər üç şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top