Ağsuda oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

HADİSƏ 29 sentyabr 2024, 13:49
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.

Digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluqda şübhəli bilinən Bakı sakini Səbuhi Zülfüqarov da saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2024, 16:42
Top