Nəsrullahın ölümündən bir neçə dəqiqə öncə İsraildən ABŞ-a kritik zəng

DÜNYA 29 sentyabr 2024, 12:39
İsrail Hizbullah Hərəkatının lideri Həsən Nəsrullahla bağlı əməliyyatla əlaqədar ABŞ-ı aviazərbə üçün təyyarələr artıq havada olarkən və əməliyyat başlayarkən məlumatlandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə “The Times of Israel” adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Pentaqonun sözçüsü Sabrina Sinqh Beyruta hava zərbəsi endirildiyi zaman İsrail müdafiə naziri Yoav Gallantın ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı olduğunu açıqlayıb. Bu da İsrailin ABŞ-ı Beyruta hava zərbəsi endirilməzdən bir neçə dəqiqə əvvəl Yoav Gallant vasitəsi ilə məlumatlandırdığından xəbər verir.

İsrailin adının çəkilməsini istəməyən məmuru da ABŞ-ın əməliyyatdan bir neçə dəqiqə əvvəl məlumatlandırıldığını təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top